Bakıda avtobus dayanacaqlarında xüsusi xətlər çəkilir

Bakıda avtobus dayanacaqlarında xüsusi xətlər çəkilir Yaxın günlərdə bu istiqamətdə işlər tam olaraq yekunlaşdırılacaq
İnfrastruktur
24 Avqust , 2015 15:27
Bakıda avtobus dayanacaqlarında xüsusi xətlər çəkilir

Bakı. 24 avqust. REPORT.AZ/ Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üçün Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC işlərin icrasına başlayıb. 

"Report" xəbər verir ki, tədbirlər planına əsasən, paytaxtın prospekt və küçələrində avtobus dayanacaqları üçün avtobusların qabarit ölçüləri nəzərə alınmaqla müəyyən edilmiş ölçüdə nişanlama xətlərinin çəkilməsi işləri aparılır. 

Artıq 170 ünvanda yerləşən dayanacaqlarda işlər icra olunub. Hazırda digər küçələrdə analoji xətlənmə işləri həyata keçirilir. Yaxın günlərdə bu istiqamətdə işlər tam olaraq yekunlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi