​Bakıda 500 mindən çox insan "Uber" tətbiqindən istifadə edir

​Bakıda 500 mindən çox insan "Uber" tətbiqindən istifadə edir Məlumata görə, 60 mindən artıq paytaxt sakini "Uber"in mobil tətbiqini yükləyib
İnfrastruktur
31 May , 2016 18:07
​Bakıda 500 mindən çox insan Uber tətbiqindən istifadə edir

Bakı. 31 may. REPORT.AZ/ “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda birillik fəaliyyətinin yekunlarını açıqlayıb. Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti bu gün Bakıda il ərzində göstərdiyi fəaliyyətinə yekun vurub. “Report” xəbər verir ki, ötən ilin aprel ayından mobil tətbiqi istifadəyə verilməsindən sonra “Uber”in 500 mindən çox müştərisi olub.

Məlumata görə, 60 mindən artıq Bakı sakini “Uber”in mobil tətbiqini yükləyib.

Tətbiq istismara verildiyi andan “Uber” istifadəçilərinin qət etdikləri məsafə 1 mln. km-dən çox olub.

Məlumatda qeyd edilir ki, son aylar ərzində “Uber” Bakıda qiymətləri 20% endirib. Bundan sonra Bakıda “Uber”lə avtomobilin ünvana çatdırılması 0,55 manat, hər kilometrə görə 0,34 manat və qət olunan məsafənin hər dəqiqəsinə görə 0,02 manat olacaq. Eyni zamanda hava limanına gediş də yeni müəyyən edilmiş tariflərlə hesablanır və 7 manat və hava limanı ərazisinə daxilolmağa görə 1 manat müəyyən edilib.

Şirkət avtomobilin sifariş olunan ünvana çatdırılma vaxtını 8 dəqiqədən 5 dəqiqəyə azalıb.

“Uber”in MDB ölkələri üzrə regional meneceri Aleksey Stax bildirib ki, hazırda dünyanın 70 ölkəsində 400-dən çox şəhərdə şirkətin xidmətlərindən istifadə edilir. Onun sözlərinə görə, gün ərzində 7 mln. müştəri “Uber” taksilərinə minir: “Bakıda 45-ə qədər ölkənin vətəndaşı “Uber”in tətbiqindən yararlanıb. İlk onluqda isə Rusiya, Böyük Britaniya, ABŞ, BƏƏ, Fransa, Türkiyə, İsveçrə, Çexiya, Qətər, Polşa qərarlaşıb. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir".

Son xəbərlər

Orphus sistemi