Bakıda 20-ci sahə - “Bibiheybət” məscidi yolu avtobuslar üçün bağlanıb

Bakıda 20-ci sahə - “Bibiheybət” məscidi yolu avtobuslar üçün bağlanıb Bu, həmin ərazidə sıxlığın aradan qaldırılması və Lökbatan dairəsinə doğru nəqliyyatın daha rahat hərəkət etməsi üçün həyata keçirilib
İnfrastruktur
27 Noyabr , 2015 14:07
Bakıda 20-ci sahə - “Bibiheybət” məscidi yolu avtobuslar üçün bağlanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonu 20-ci sahədə sıxlığın aradan qaldırılması və Lökbatan dairəsi istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədilə Bibiheybət yolunda (“Bibiheybət” məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən aparılan işlər artıq yekunlaşıb.

Cəmiyyətin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, bu gündən etibarən yol iki gediş, iki gəliş hərəkət istiqamətli olmaqla sürücülərin ixtiyarına verilib.

Yolun iki hərəkət istiqamətli olması üçün görülən işlər çərçivəsində “Bibiheybət” məscidinin yaxınlığında, yol kəsişməsində yerləşən hasarın 15 metrlik hissəsi sökülüb. Nəticədə Su İdman Sarayından “Bibiheybət” məscidinə doğru nəqliyyat vasitələrinin rahat və maneəsiz çıxışı təmin olunub. Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində həmin ərazidə görülən işlərdən sonra şəhərə doğru hərəkət edən sərnişin avtobuslarının 20-ci sahədən “Bibiheybət” məscidinə doğru olan yola daxil olmaları qadağan edilib. Sərnişin avtobusları ancaq Su İdman Sarayına doğru olan yolla hərəkətlərinə davam edə bilərlər.

“Azəryolservis” tərəfindən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətləri və yol göstərici xətləri çəkilib.

Son xəbərlər

Orphus sistemi