​Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 5900 metr yol əsaslı təmir olunub

​Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 5900 metr yol əsaslı təmir olunub Bu günə kimi 52 km yol əsaslı təmir olunub
İnfrastruktur
24 İyul , 2015 16:32
​Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 5900 metr yol əsaslı təmir olunub

Bakı. 24 iyul. REPORT.AZ/ Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir. Hazırda Baş Sumqayıt - Sumqayıt sərnişin vağzalı mənzilində və Bakı sərnişin stansiyasında 5900 metr uzunluğunda yolun təmiri həyata keçirilir.

Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 52 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Son xəbərlər

Orphus sistemi