​Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolunda növbəti təmir işləri aparılır

​Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolunda növbəti təmir işləri aparılır Artıq köhnə yolun söküntüsü başa çatır
İnfrastruktur
15 Aprel , 2015 10:44
​Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolunda növbəti təmir işləri aparılır

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun daha 6 km-nin təmirinə başlanılıb. Bu haqda "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Məlumata görə, artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə bu il martın 3-də start verilib və bu günə kimi 18 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonra, elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Son xəbərlər

Orphus sistemi