Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gecikməsinin səbəbləri açıqlanıb

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gecikməsinin səbəbləri açıqlanıb Azərbaycan layihənin tikinti işlərini 2016-cı ildə yekunlaşdıracaq
İnfrastruktur
13 Oktyabr , 2015 17:52
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gecikməsinin səbəbləri açıqlanıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu dəhlizinin tikinti işlərini 2016-cı ildə yekunlaşdıracaq. Buraya torpağın üst qatı, dəmir yollarının elektrikləşdirilməsi və digər əlavə işlər daxildir. Bu ilin sonuna isə yük qatarlarının istismarını sınaqdan keçirmək olar. Lakin BTQ-nin istismara başlaması təkcə Azərbaycandan asılı olan iş deyil. "Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

"Türkiyədə hökumətin dəyişməsi ilə əlaqədar layihənin reallaşdırılması bir qədər ləngidi. Lakin biz Türkiyənin hökumət başçısı ilə danışıqlar apardıq və bizə bildirildi ki, layihənin reallaşdırılması ilə bağlı işlərin 2016-cı ilin noyabr ayında yekunlaşması nəzərdə tutulub", - C.Qurbanov qeyd edib.

Xatırladaq ki, BTQ dəmiryolu xətti layihəsinin 68 km-i Türkiyə ərazisindən, 30 km-i Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda, Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstruksiyası daxil olmaqla, 98 km uzunluqda Qars-Axalkalaki dəmiryolunun tikintisini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi