Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu dəqiqələrdə Bakı-Sumqayıt şossesində böyük tıxac müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən xəbərə görə, Bakının şimal girəcəyində, xüsusilə şəhər istiqamətində böyük tıxac yaranıb.
Bununla bərabər, Azadlıq prospektinin şəhər istiqamətində də böyük tıxac qeydə alınıb. Mətbuat prospektində isə nisbi sıxlıq müşahidə edilir.