Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakı-Sumqayıt şosesində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, yolun hər iki istiqamətində sıxlıq var.
Bundan başqa, Bakının Tbilisi prospektində də hər iki istiqamətdə, həmçinin Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində sıxlıq qeydə alınıb.