Bakı-Sumqayıt şosesində aparılan təmir işləri dayandırılıb

Bakı-Sumqayıt şosesində aparılan təmir işləri dayandırılıb Sıxlığa səbəb olan təmir işləri həftə sonuna keçirilib
İnfrastruktur
27 Fevral , 2015 10:08
Bakı-Sumqayıt şosesində aparılan təmir işləri dayandırılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata əsasən, Sumqayıt-Bakı şosesi və İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısındakı dairə istiqaməti) nəqliyyatın fəaliyyətində sıxlıq yaranıb.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt-Bakı şosesinin bir hissəsində asfalt örtüyünün yenilənməsi səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və təmir işləri bu həftənin sonuna qədər təxirə salınıb. Son bir neçə gündür həmin yolda sıxlıq yaranmasının səbəbi də həmin yolun təmiri ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi