Bakı-Sumqayıt qatarına bələdçi çatmır

Bakı-Sumqayıt qatarına bələdçi çatmır ADY qatarların əlavə bələdçilərlə təmin olunacağını bildirir
İnfrastruktur
5 Yanvar , 2016 11:40
Bakı-Sumqayıt qatarına bələdçi çatmır

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakı-Sumqayıt xətti üzrə hərəkət edən sərnişin qatarı reysində sərnişinlər bələdçi çatışmazlığı ilə üzləşib. "Report"un müşahidələrinə əsasən, adətən vaqonlarda bir bələdçi olduğu halda, bu gün bəzi vaqonlarda onların fəaliyyəti müşahidə edilməyib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov bildirib ki, hər qatarda 2-3 bələdçi olur: "Amma qatarlar əlavə bələdçilərlə təmin olunacaq. Heyət komplektləşdiriləcək və bütün qatarlarda bələdçilər olacaq".

Son xəbərlər

Orphus sistemi