Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək Bu tədbir artan sərnişin sıxlığı ilə bağlıdır
İnfrastruktur
15 Oktyabr , 2015 10:19
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, son vaxtlar artan sərnişin sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb. Elektrik qatarları gün ərzində 20 reys edəcəklər. 10-u Bakı Sərnişin Stansiyasından Sumqayıt Sərnişin Stansiyasına və 10-u isə əks istiqamətə hərəkət edəcək.

Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı Sərnişin Stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt Sərnişin Stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.

Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Bakı Sərnişin Stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt Sərnişin Stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.

Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

BAKI- SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT CƏDVƏLİ

(18.10.2015-ci il)

Qatar №-si Bakıdan getmə vaxtı İstiqamət Sumqayıt sərn. Çatma vaxtı Qatar №-si Sumqayıt sərn. Getmə vaxtı İstiqamət Bakıya çatma vaxtı
6001 5-00 Bakı-Sumqayıt sərnişin. 5-48 6002 7-00 Sumqayıt-sərn.-Bakı 7-48
6003 5-20 Bakı-Sumqayıt sərnişin. 6-08 6004 7-30 Sumqayıt-sərn.-Bakı 8-18
6005 5-35 Bakı-Sumqayıt sərnişin. 6-23 6006 7-45 Sumqayıt-sərn.-Bakı 8-33
6007 5-50 Bakı-Sumqayıt sərnişin. 6-38 6008 8-00 Sumqayıt-sərn.-Bakı 8-48
6009 8-30 Bakı-Sumqayıt sərnişin. 9-18 6010 9-30 Sumqayıt-sərn.-Bakı 10-18
6011 16-00 Bakı-Sumqayıt sərnişin. 16-48 6012 17-10 Sumqayıt-sərn.-Bakı 17-58
6013 17-35 Bakı-Sumqayıt sərnişin. 18-23 6014 18-40 Sumqayıt-sərn.-Bakı 19-28
6015 18-30 Bakı-Sumqayıt sərnişin. 19-18 6016 20-00 Sumqayıt-sərn.-Bakı 20-48
6017 19-00 Bakı-Sumqayıt sərnişin. 19-48 6018 20-50 Sumqayıt-sərn.-Bakı 21-38
6019 19-50 Bakı-Sumqayıt sərnişin. 20-38 6020 21-20 Sumqayıt-sərn.-Bakı 22-08

Son xəbərlər

Orphus sistemi