Bakı. 14 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 17-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək. Bu, Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə bağlıdır. Bunu "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Belə ki, Bakı-Sumqayıt elektrik qatarları Bakı-sərnişin stansiyasından saat 07:40, 08:15, 08:45, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:45 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07.45, 08:00, 08:30, 09:30, 10:30 , 16:55, 18:35 və 19:30-da yola düşəcək.
Bundan başqa, hər şənbə, bazar və bayram günləri Bakıdan 07:40, 08:15, 08:45 və Sumqayıtdan 06:50, 07:20, 07:45-də yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli (17.10.2016-cı ildən):
Qatar №-si | Bakıdan getmə vaxtı | İstiqamət |
Sumqayıt-sərn. çatma vaxtı |
Qatar №-si |
Sumqayıt-sərn. getmə vaxtı | İstiqamət |
Bakıya çatma vaxtı | |
6001 | 07-40 | Bakı- Sumqayıt-sərn. | 08-20 | 6002 | 06-50 | Sumqayıt-sərn. - Bakı | 07-30 | |
6003 | 08-15 | Bakı- Sumqayıt-sərn. | 08-55 | 6004 | 07-20 | Sumqayıt-sərn. - Bakı | 08-00 | |
6005 | 08-45 | Bakı- Sumqayıt-sərn. | 09-25 | 6006 | 07-45 | Sumqayıt-sərn. - Bakı | 08-25 | |
6007 | 16-05 | Bakı- Sumqayıt-sərn. | 16-45 | 6008 | 08-00 | Sumqayıt-sərn. - Bakı | 08-40 | |
6009 | 17-40 | Bakı- Sumqayıt-sərn. | 18-20 | 6010 | 08-30 | Sumqayıt-sərn. - Bakı | 09-10 | |
6011 | 18-20 | Bakı- Sumqayıt-sərn. | 19-00 | 6012 | 09-30 | Sumqayıt-sərn. - Bakı | 10-20 | |
6013 | 18-40 | Bakı- Sumqayıt-sərn. | 19-20 | 6014 | 10-30 | Sumqayıt-sərn. - Bakı | 11-20 | |
6015 | 19-15 | Bakı- Sumqayıt-sərn. | 19-55 | 6016 | 16-55 | Sumqayıt-sərn. - Bakı | 17-45 | |
6017 | 19-45 | Bakı- Sumqayıt-sərn. | 20-25 | 6018 | 18-35 | Sumqayıt-sərn. - Bakı | 19-25 | |
6019 | 20-45 | Bakı- Sumqayıt-sərn. | 21-25 | 6020 | 19-30 | Sumqayıt-sərn. - Bakı | 20-10 | |