Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək - CƏDVƏL

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək - CƏDVƏL Dəyişiklik aprelin 18-dən tətbiq olunacaq
İnfrastruktur
14 Aprel , 2016 09:18
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək - CƏDVƏL

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının işinin səmərəliliyinin artırılması və sərnişin daşımanın optimallaşdırılması məqsədilə, sərnişin sıxlığının Sumqayıt şəhərindən səhər saatlarında, Bakı şəhərindən isə axşam saatlarında çox olduğunu nəzərə alaraq, aprel ayının 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik olunacaq.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07:45, 08:00, 08:30, 09:10, 09:50, 17:00, 18:10 və 18:50-də, Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 19:00, 19:45 və 20:45-də yola düşəcək.

Şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca, KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək. 

BAKI-SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT

C Ə D V Ə L İ

18 aprel 2016-cı ildən

Qatar №-si Bakıdan getmə vaxtı İ s t i q a m ə t Sumqayıt-sərn. çatma vaxtı Qatar №-si Sumqayıt-sərn. getmə vaxtı İ s t i q a m ə t Bakıya çatma vaxtı
6001 07-40 Bakı- Sumqayıt-sərn. 08-20 6002 06-50 Sumqayıt-sərn. - Bakı 07-30
6003 08-15 Bakı- Sumqayıt-sərn. 08-55 6004 07-20 Sumqayıt-sərn. - Bakı 08-00
6005 08-50 Bakı- Sumqayıt-sərn. 09-30 6006 07-45 Sumqayıt-sərn. - Bakı 08-25
6007 16-00 Bakı- Sumqayıt-sərn. 16-40 6008 08-00 Sumqayıt-sərn. - Bakı 08-40
6009 17-20 Bakı- Sumqayıt-sərn. 18-00 6010 08-30 Sumqayıt-sərn. - Bakı 09-10
6011 18-00 Bakı- Sumqayıt-sərn. 18-40 6012 09-10 Sumqayıt-sərn. - Bakı 09-50
6013 18-30 Bakı- Sumqayıt-sərn. 19-10 6014 09-50 Sumqayıt-sərn. - Bakı 10-30
6015 19-00 Bakı- Sumqayıt-sərn. 19-40 6016 17-00 Sumqayıt-sərn. - Bakı 17-40
6017 19-45 Bakı- Sumqayıt-sərn. 20-25 6018 18-10 Sumqayıt-sərn. - Bakı 18-50
6019 20-45 Bakı- Sumqayıt-sərn. 21-25 6020 18-50 Sumqayıt-sərn. - Bakı 19-30

Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Son xəbərlər

Orphus sistemi