Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yenilənir - FOTO

Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yenilənir - FOTO İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur
İnfrastruktur
12 İyul , 2016 19:29
Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yenilənir - FOTO

Bakı. 12 iyul. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı dəmiryolu marşrutu boyu infrastrukturun yeniləşdirilməsi işləri davam edir. Hazırda Biləcəri və Xırdalan stansiyalarında platformaların tikintisi və və turniketlərin quraşdırılması işləri icra olunur. 

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, Biləcəri vağzalında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platformanın beton işləri başa çatıb. Turniketin quraşdırılması davam edir.

Xırdalan stansiyasında isə platformanın istinad divarları tikilib. Betonlaşma işi başa çatandan sonra turniketin quraşdırılmasına başlanacaq.

İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi