Bakı Sərnişin Stansiyasında əsaslı təmir işləri ilin sonunadək yekunlaşacaq - FOTO

Bakı Sərnişin Stansiyasında əsaslı təmir işləri ilin sonunadək yekunlaşacaq - FOTO Cavid Qurbanov stansiyada aparılan yenidənqurma işləri ilə tanış olub
İnfrastruktur
11 İyul , 2016 15:06
Bakı Sərnişin Stansiyasında əsaslı təmir işləri ilin sonunadək yekunlaşacaq - FOTO

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı Sərnişin Stansiyasında əsaslı təmir işləri davam etdir.

Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyindən məlumat verilib. 

Qurumdan bildirilib ki, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək: "Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək".

Xəbərə görə, “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov stansiyada aparılan yenidənqurma işləri ilə tanış olub. O, təmir-tikinti işlərinə baxış keçirəndən sonra tapşırıq və tövsiyələrini verib. Hazırda stansiyada tunellərin və beşinci platformanın tikintisi davam edir. Sürətlə davam edən əsaslı təmir işlərinin 2016-ci ilin sonunda başa çatması nəzərdə tutulur.

Stansiyada təmir işləri 2015-ci ilin mart ayında başlayıb. 

Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı Sərnişin Vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının Mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.

1977-ci ildə Bakı Sərnişin Stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü olub. 

Son xəbərlər

Orphus sistemi