​Bakı-Quba yolunun Ceyranbatan hissəsi təmir olunur

​Bakı-Quba yolunun Ceyranbatan hissəsi təmir olunur Təmir işlərinin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb
İnfrastruktur
9 İyun , 2016 12:07
​Bakı-Quba yolunun Ceyranbatan hissəsi təmir olunur

Bakı. 9 iyun. REPORT.AZ/ “Azəravtoyol” ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işlərinə başlayıb. 

“Azəravtoyol”un Mətbuat Katibliyindən “Report”a verilən məlumata görə, təmir-bərpa işləri yalnız bir istiqamətdə - paytaxt istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə DYP-nin stasionar postuna qədər aparılacaq. İlkin olaraq işlərə sözügedən yolun 1 km-lik hissəsində start verilib.

Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğrayan və dağılan hissələri, yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra karbonat materialı tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılacaq.

Sözügedən işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton töküləcək. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib.

Son xəbərlər

Orphus sistemi