​Bakı-Qazax avtomobil yolunun daha bir hissəsi təmir olunur

​Bakı-Qazax avtomobil yolunun daha bir hissəsi təmir olunur Təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır
İnfrastruktur
13 Aprel , 2016 14:08
​Bakı-Qazax avtomobil yolunun daha bir hissəsi təmir olunur

Bakı. 13 aprel. REPORT.AZ/ Payız-qış mövsümündən sonra respublika avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğrayan və dağılan hissələrinin bərpası istiqamətində aparılan işlər çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində təmir işləri həyata keçirilir.

“Report” “Azəravtoyol” ASC-yə istinadən bildirir ki, təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır.

Sözügedən avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabaran və dağılan hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənən hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 22 min kv. m ərazinin asfaltlanması işləri aparılır.

Bütün işlər tərtib olunan qrafikə uyğun aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi