Bakı-Moskva aviareysində gözlənilməz vəziyyət yaranıb

Bakı-Moskva aviareysində gözlənilməz vəziyyət yaranıb "Airbus-320" təyyarəsinin sərnişinləri endirilib, təkrar yoxlama aparılıb
İnfrastruktur
6 Avqust , 2015 11:42
Bakı-Moskva aviareysində gözlənilməz vəziyyət yaranıb

Bakı. 6 avqust. REPORT.AZ/ "Bakı-Moskva aviareysini yerinə yetirən təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt sərnişinlərdən birinin səhhətində problem yaranıb və tibb işçiləri ona kömək ediblər. Bundan sonra təyyarənin nə vaxt havaya qalxacağı ilə bağlı qərar veriləcək". Bunu "Report"a bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsinin gecikmə səbəblərinə aydınlıq gətirən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Heydər Əliyev Beynəlxalq Hava Limanından "Report"a bildirilib ki, J2 852 reysini yerinə yetirən təyyarənin uçuş vaxtı 11:40-a keçirilib.

Təyyarədə olan sərnişinlərin "Report"a verdiyi xəbərə görə, səhhəti pisləşən kişi sərnişin əvvəl təyyarədən düşürdülüb, ona tibbi yardım göstərilib və yenidən təyyarənin salonuna qayıdıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq, bu reysi yerinə yetirən "A-320" təyyarəsinin bütün sərnişinləri yenidən endirilib və onların əl baqajı, habelə təyyarənin salonu təkrar yoxlamadan keçirilir.

Qeyd edək ki, bu reyslə hərəkət edəcək təyyarə hələ havaya qalxmayıb.

Son xəbərlər

Orphus sistemi