​Bakı metrosunda bağlanan eskalator istifadəyə verilib

​Bakı metrosunda bağlanan eskalator istifadəyə verilib Təmir işləri vaxtından tez yekunlaşdırılıb
İnfrastruktur
20 May , 2015 09:39
​Bakı metrosunda bağlanan eskalator istifadəyə verilib

Bakı. 20 may. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin "İnşaatçılar" stansiyasının 1-ci çıxışında (ATS tərəfə) 3 saylı eskalatorun əsaslı təmiri başa çatıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, artıq bu gündən eskalator sərnişinlərin istifadəsinə verilib.

Qeyd edək ki, eskalatorun təmirinə fevralın 24-də başlanılıb və mayın 22-də başa çatdırılmalı idi.

Son xəbərlər

Orphus sistemi