Bakı. 11 sentyabr. REPORT.AZ/ Yeni, 2015/2016-cı tədris ilinin başlaması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır. Bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurəti yaradır. Bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir. Bunu "Report"a "
Qatarların sayı artırılmaqla qatarlararası intervalın da azaldılacağını qeyd edən N.Paşayev əlavə edib ki, "Həzi Aslanov" - "28 May" metro stansiyaları arasında hərəkət intervalı 2-2,5 dəqiqə (gur və gur olmayan saatlarda) olacaq.
"28 May" - "Dərnəgül" və "28 May" - "İçərişəhər" metro stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq.
Qeyd edək ki, iyul ayından Bakı metrosunda yay qrafiki tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.