Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün 18:20 radələrində Bakı Metropolitenindəki qatarlardan birində nasazlıq yaranıb. “Report”un məlumatına görə, metronun “28 May” stansiyasında sərnişinlər qatardan düşürülüb. Daha sonra boş qatar depoya göndərilib.
Qeyd edək ki, qatarın nasazlığı səbəbindən “28 May” stansiyasında sərnişin sıxlığı artıb.