​Bakı Metropoliteninin "28 May" stansiyasının əsas girişi istifadəyə verilib

​Bakı Metropoliteninin "28 May" stansiyasının əsas girişi istifadəyə verilib Sərnişinlər bu gündən etibarən girişdən yararlana bilərlər
İnfrastruktur
5 May , 2015 08:00
​Bakı Metropoliteninin 28 May stansiyasının əsas girişi istifadəyə verilib

Bakı. 5 may. REPORT.AZ/ Bakı Metropoliteninin "28 May" stansiyasının 2012-ci ildə təmirə bağlanmış əsas girişi bu gün sərnişinlərin istifadəsinə verilib.

Bu barədə "Report"a Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qeyd edək ki, Bakı Metropoliteninin "28 May" stansiyasının əsas giriş-çıxışı təmir işləri ilə əlaqədar olaraq 11 iyul 2012-ci ildə bağlanmışdı.

Təmir işləri çərçivəsində stansiyada əlavə eskalatorun quraşdırılması və onların sayının 3-dən 4-ə çatdırılması nəzərdə tutulmuşdu. 

Son xəbərlər

Orphus sistemi