Bakı-London aviareysi təxirə salınıb

Bakı-London aviareysi təxirə salınıb Təyyarədə geniş texniki baxışın keçirilməsi zərurəti yaranıb
İnfrastruktur
16 Sentyabr , 2015 11:00
Bakı-London aviareysi təxirə salınıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün saat 20:50-də Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava Limanından Londonun “Heathrow" Hava Limanına həyata keçirilməli olan aviareys təxirə salınıb.

“Report”un “British Airways” aviaşirkətindən aldığı məlumata görə, reysi gerçəkləşdirməli olan təyyarəyə geniş texniki baxış keçiriləcək və bu səbəbdən bu günə planlaşdırılan aviareys təxirə salınıb.

Aviaşirkətdən bildirilib ki, bugünkü reys sabah eyni saatda həyata keçiriləcək, lakin sərnişinlər əvvəlcədən şirkətlə əlaqə saxlayıb sabahkı reys üçün qeydiyyatdan keçməlidir. 

İngilis versiyası Baku-London flight canceled

Son xəbərlər

Orphus sistemi