​Bakı-İstanbul aviareysi ucuzlaşdırılıb

​Bakı-İstanbul aviareysi ucuzlaşdırılıb Endirim aprel-may aylarını əhatə edir
İnfrastruktur
3 Mart , 2015 17:35
​Bakı-İstanbul aviareysi ucuzlaşdırılıb

Bakı. 3 mart. REPORT.AZ/ "Türk Hava Yolları" aviaşirkəti Bakı-İstanbul-Bakı reyslərinə biletlərin qiymətində endirim edib. 

"Report"un məlumatına görə, bu istiqamətdə gediş-dönüş biletlərinin qiyməti 280 manat olaraq müəyyənləşdirilib. Endirimlər aprel və may ayları üçün keçərlidir.

Qeyd edək ki, milli valyutanın devalvasiyasından sonra "Türk Hava Yolları" hər iki istiqamətdə gerçəkləşən uçuşların qiymətini 276 manatdan 385 manata qədər artırıb.

Son xəbərlər

Orphus sistemi