Bakı-Gəncə istiqaməti üzrə sürət qatarının tarifi məlum olub

Bakı-Gəncə istiqaməti üzrə sürət qatarının tarifi məlum olub "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov ilkin qiyməti açıqlayıb
İnfrastruktur
7 Sentyabr , 2016 14:03
Bakı-Gəncə istiqaməti üzrə sürət qatarının tarifi məlum olub

Bakı. 7 sentyabr.REPORT.AZ/ Gələn ilin sonuna kimi Bakı-Gəncə marşrutu üzrə sürət qatarının istismara verilməsinə çalışacağıq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov açıqlayıb.

"Bu istiqamət üzrə qatarların sürətini 400-500 km/saat edə bilmərik, amma hər halda, 140-150 km/saat nail ola bilərik", - deyə o, əlavə edib.

Gediş haqqına gəlincə isə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri deyib ki, bu qatarda tarif təxminən 15 manat təşkil edəcək.

"Sürət qatarında isə sərnişinlər üçün hər cür şərait yaradılacaq. Burada hətta " Wi-Fi" sistemi də qurulacaq. İnsanlar 3,5 saata Gəncəyə qədər rahat gedə biləcəklər", - deyə C. Qurbanov bildirib. 

Son xəbərlər

Orphus sistemi