Bakı-Frankfurt aviareysi təxirə salınıb

Bakı-Frankfurt aviareysi təxirə salınıb Uçuşlar sabahdan normal qaydada yerinə yetiriləcək
İnfrastruktur
13 Noyabr , 2015 11:04
Bakı-Frankfurt aviareysi təxirə salınıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Almaniyanın "Lufthansa" aviaşirkəti pilotların tətil etməsilə ələqədar bu gün Frankfurt-Bakı-Frankfurt reysini təxirə salmalı olub. Bu barədə "Report"a aviaşirkətin Bakı nümayəndəliyindən məlumat verilib.

Lakin qeyd edilib ki, artıq bu gün pilotların tətillərinin sonuncu günüdür: "Bu gün təxirə salınan reyslə uça bilməyən sərnişinlər istənilən digər aviaşirkətin reysləri ilə yenidən biletlərini bronlaşdırıb uça bilərlər. Amma bunu etmək istəməyənlər "Lufthansa"nın sabaha təyin olunan uçuşunu gözləyə bilər. Çünki bu gün Frankfurtda tətilin sonuncu günüdür. Artıq sabahdan etibarən uçuşlar bərpa olunacaq".

Qeyd edək ki, Bakıdan təyyarələr Frankfurta həftənin 1, 3, 5, 6 -cı günləri saat 04:45 radələrində, Frankfurtdan Bakıya isə 2, 4, 5 və 7-ci günləri saat 13:45 radələrində (Almaniya vaxtı ilə) havaya qalxır.

Hazırda Frankfurt, Münhen və Düsseldorf hava limanlarında pilotların tətilləri davam edir. Bununla əlaqədar şirkət 929 aviareysini təxirə salmalı olub.

Son xəbərlər

Orphus sistemi