Bakı. 14 yanvar. REPORT.AZ/ "Hazırda dövlət başçısının sərəncamı əsasında təsdiq edilən proqram çərçivəsində bu gün Bakı-Böyük Kəsik dəmir yolunda təmir işləri davam etdirilir". "Report" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu günə qədər Bakı-Böyük Kəsik dəmir yolu marşrutu üzrə təxminən 500 km yol təmir edilib: "Bakıdan Böyük Kəsiyə qədər olan məsafə bildiyiniz kimi 1 000 km-dir. Bu yollarda sürətin artırılmasına ehtiyac var. Bu istiqamət üzrə dəmiryolunun təmirinin başa çatdırılması 2017-ci ilin sonlarına planlaşdırılıb".