Bakı-Balakən qatarının hərəkəti tam bərpa olunub

Bakı-Balakən qatarının hərəkəti tam bərpa olunub Dünən yolda qalan qatar 2 saatlıq gecikmə ilə Bakıya dönüb
İnfrastruktur
3 Yanvar , 2016 11:41
Bakı-Balakən qatarının hərəkəti tam bərpa olunub

Bakı. 3 yanvar. REPORT.AZ/ Bakı-Balakən qatarının hərəkəti bərpa olunub və artıq qatar paytaxta qayıdıb. Bunu "Report"a açıqlamasında "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

O qeyd edib ki, Bakıdan Balakənə gedən qatar dünən təxminən 9 saatlıq gecikmə ilə mənzilbaşına çatıb: "Bu gün isə 2 saatlıq gecikmə ilə paytaxta qayıdıb".

N.Əzməmmədov bildirib ki, hazırda bütün istiqamətlərdə qatarların yola düşməsi və geri qayıtması qrafikə uyğun şəkildə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi