Bakı Avtovağzalı Kompleksi ərazisində bərkitmə işləri yekunlaşıb - VİDEO - FOTO

Bakı Avtovağzalı Kompleksi ərazisində bərkitmə işləri yekunlaşıb - VİDEO - FOTO Yaxın günlər ərzində asfaltlanma işləri yekunlaşdırılacaq və yolda hərəkət bərpa olunacaq
İnfrastruktur
4 İyul , 2016 20:28
Bakı Avtovağzalı Kompleksi ərazisində bərkitmə işləri yekunlaşıb - VİDEO - FOTO

Bakı. 4 iyun. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam yekunlaşdırılıb. Hazırda avtobusların dayanacağının yerləşdiyi və 250 metr uzunluğunda olan köməkçi yolun bərpası istiqamətində işlər görülür. 

Bu barədə "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda deyilir.

Bildirilib ki, yolun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək kipləşdirilib. Hazırda yolun köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır, əlavə bərkitmə işləri görülürək yol asfaltlanması üçün hazır vəziyyətə gətirilir. Yaxın günlər ərzində asfaltlanma işləri yekunlaşdırılacaq və yolda hərəkət bərpa olunacaq.

Ümumiyyətlə, sürüşmə baş vermiş yamacda aparılmış bərkitmə işləri zamanı yuxarı hissədə 16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 ədəd istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri (divar deşilib, oraya xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və sementasiya olunub) aparılıb. 

Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və əsas yolun kənarlarında ineksiya işləri görülüb. Yer bir neçə hissədən 20-30 metr dərinlikdə deşilib, oraya beton məhlul tökülüb. Bundan başqa, mövcud istinad divarı ilə köməkçi yol üzərində yerləşən istinad divarı arasındakı ərazidə 1200 millimetr diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulub.

Yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər aparılıb. Belə ki, 16 metruzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna paralel olaraq ərazidə aparılan svay vurma işləri aparılıb. Ümumilikdə əraziyə 96 ədəd svay vurulub.

Son xəbərlər

Orphus sistemi