​Bakı Avtovağzalı bayram günlərində avtobusların sayını artıracaq

​Bakı Avtovağzalı bayram günlərində avtobusların sayını artıracaq Bu, yaranacaq sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə həyata keçiriləcək
İnfrastruktur
10 Mart , 2015 13:17
​Bakı Avtovağzalı bayram günlərində avtobusların sayını artıracaq

Bakı. 10 mart. REPORT.AZ/ Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi artıq gücləndirilmiş iş rejimində çalışır. Bu tədbirlər martın 26-dək davam edəcək. Bunu "Report"a Beynəlxalq Avtovağzal Kompleksinin şöbə müdiri Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə əlaqədar olaraq, xəttə çıxarılacaq nəqliyyat vasitələrinin də sayı ehtiyac yaranacağı təqdirdə artırılacaq: "Belə ki, adi günlərdə 7 500-8 000 sərnişin daşınırsa, bayram günlərində bu göstəricinin 15 minə çatması gözlənilir".

M.Abdullayev əlavə edib ki: "Adətən gün ərzində xəttə 350-400 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 650-yə çatdırılacaq".

Şöbə müdiri qeyd edib ki, hazırlıq işləri çərçivəsində avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilir, o cümlədən süni qiymət artımına yol verilməməsi üçün qiymət intizamına Nəzarət Komissiyasının yaradılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi