​Bakı avtobus nəqliyyatı şirkətində yoxlamalar aparılıb - FOTO

​Bakı avtobus nəqliyyatı şirkətində yoxlamalar aparılıb - FOTO BNA-nın Baş direktoru yüksək xidmətin təkcə bir neçə marşrut xətti ilə məhdudlaşdırılmasının yolverilməz olduğunu qeyd edib
İnfrastruktur
19 İyul , 2016 14:39
​Bakı avtobus nəqliyyatı şirkətində yoxlamalar aparılıb - FOTO

Bakı. 19 iyul. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə göstərilən xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılmasını təmin etmək, qoyulan tələblərin icra vəziyyətini yerində öyrənmək və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərdə monitorinqlər aparır. Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın "Report"a verdiyi məlumata görə, növbəti belə monitorinq BNA-nın Baş direkoru Vüsal Kərimlinin iştirakı ilə “Xaliq Faiqoğlu” MMC-də keçirilib. 

Monitorinq zamanı MMC-nin təmir mərkəzinə baxış keçirilib. Əsas diqqət müasir diaqnostika cihazlarının olmasına, texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə yönəldilib. Həmçinin mərkəzdə əməyin mühafizəsinin təşkili, avtobuslara gündəlik baxış və digər zəruri xidmətlərin göstərilməsi vəziyyəti yoxlanılıb. Təmir mərkəzində avtobusların daxili və xaricinin təmizlənməsi, sürücülərin xəttə çıxmamışdan əvvəl həkim müayinəsindən keçməsi üçün tibb məntəqəsinin, dispetçer, ehtiyat hissələri üçün anbar və ofis otaqlarının olması barədə məlumat verilib.

Montorinqdə Bakı Nəqliyyat Agentliyi nəzdində fəaliyyət göstərən nəqliyyat sisteminin təkminləşdirilməsi üzrə xarici ekspert qrupunun rəhbəri Panaqiotis Rotopsaltis və agentliyin müvafiq şöbələrinin məsul şəxsləri iştirak edib.

Monitorinqin sonunda BNA-nın Baş direktoru V. Kərimli “Xaliq Faiqoğlu”MMC-nin rəhbərliyinə sərnişinlərə göstərilən xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, tapşırıq və tövsiyələrini verərək, yüksək xidmətin təkcə bir neçə marşrut xətti ilə məhdudlaşdırılmasının yolverilməz olduğunu qeyd edib.   

Son xəbərlər

Orphus sistemi