Bakı-Aktau aviareysi ucuzlaşdırılıb

Bakı-Aktau aviareysi ucuzlaşdırılıb Bakı-Aktau-Bakı - 243 manat, Aktau-Bakı-Aktau - 276 manatdır
İnfrastruktur
28 Aprel , 2015 09:42
Bakı-Aktau aviareysi ucuzlaşdırılıb

Bakı. 28 aprel. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC növbəti endirim aksiyasına start verib. “Report”un aviaşirkətdən aldığı məlumata görə, Bakı- Aktau-Bakı istiqamətindəki uçuşlar üçün endirim aksiyası başlayıb.

Bu istiqamətdə olan hər iki istiqamətdə uçuşlara biletin qiyməti Bakı-Aktau-Bakı reysinə 213 avro (243 manat), Aktau-Bakı-Aktau reysinə 263 ABŞ dolları (276 manat) təşkil edir. 

Endirimli uçuşlar mayın 24-nə kimi davam edəcək. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə "mile-bal"lar hesaba əlavə olunmur, məntəqədə maksimal qalma müddəti bir aydır və qiymətə yığımlar və rüsumlar daxildir.

Son xəbərlər

Orphus sistemi