​"Bakı 2015"də Bakıda metrosunda könüllülərə müraciət edən turistlərin sayı açıqlanıb

​"Bakı 2015"də Bakıda metrosunda könüllülərə müraciət edən turistlərin sayı açıqlanıb Xaricilər metronun könüllü yardım layihəsini bəyəniblər
İnfrastruktur
8 İyul , 2015 12:26
​Bakı 2015də Bakıda metrosunda könüllülərə müraciət edən turistlərin sayı açıqlanıb

Bakı. 8 iyul. REPORT.AZ/ İyun ayında keçirilən "Bakı 2015" I Avropa Oyunları zamanı Bakıda metrodan istifadə edən turistlərin sayı açıqlanıb. Belə ki, ölkəyə gələn xarici qonaqlar və turistlərin metrodan rahat istifadəsini təşkil etmək üçün "Bakı Metropoliteni" QSC hər metro stansiyasına könüllülər ayırmışdır.

Beynəlxalq oyunlar zamanı təxminən 90 könüllü metro stansiyalarında üçnövbəli rejimdə işləyiblər. Bundan başqa, stansiyadan asılı olaraq eyni vaxtda 2-3, bəzən 4 könüllü xidmət göstərib. Bu haqda "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, könüllülərə oyunlar ərəfəsində müraciət edənlərin sayı müxtəlif olub: "Məsələn, "28 May" metro stansiyasında gün ərzində 30-40 müraciət olurdu. Turistlər sadəcə oyun arenalarını deyil, hətta Bakının görməli yerlərini soruşurdular. Misal üçün "Görməli yerlər haradadır, ora necə gedə bilərəm?" kimi suallar veriblər. Təbii ki, bizim könüllülər buna hazır idilər. Paytaxtın tarixi yerlərini bir-bir onlara izah edib istiqamət verirdilər. Turistlərin əksəriyyəti bu belə könüllü xidmətindən xeyli razı qalmışdılar. Onlar Bakı haqqında təsəvvürlərinin dəyişdiyini, könüllülərin əla bir layihə olduğunu, insanlarımızın mehriban, istiqanlı, yardımsevər olduğunu deyirdilər".

Son xəbərlər

Orphus sistemi