​Bağırov körpüsü yaxınlığında böyük sıxlıq yaranıb

​Bağırov körpüsü yaxınlığında böyük sıxlıq yaranıb Sürücülərə alternativ yollar təklif edilir
İnfrastruktur
23 İyun , 2015 11:34
​Bağırov körpüsü yaxınlığında böyük sıxlıq yaranıb

Bakı. 23 iyun. REPORT.AZ/ Bakı şəhərinin Heydər Əliyev prospektində (əsas yolda), Bağırov körpüsünün yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

"Report" xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, sürücülərə alternativ olaraq Heydər Əliyev prospektinin köməkçi yolundan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi