​Azərbaycanda tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları açıqlanıb

​Azərbaycanda tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları açıqlanıb Qərar ekoloji cəhətdən çirklənmiş zonalarda və mədəni abidələrin qorunması üçün əsaslandırılmış tədbirləri əhatə edir
İnfrastruktur
26 Sentyabr , 2014 09:58
​Azərbaycanda tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları açıqlanıb
Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları"nın təsdiq edilməsi barədə qərar imzalayıb.

“Report” xəbər verir ki, qərar ekoloji cəhətdən çirklənmiş zonalarda və mədəni abidələrin qorunması üçün əsaslandırılmış tədbirləri əhatə edir.

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.

Tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda isə abidələrin qorunması üçün əsaslandırılmış əlavə tədbirlər görülməlidir.

Son xəbərlər

Orphus sistemi