Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4%, sərnişindaşıma tarifləri isə 3,2% bahalaşıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5%, digər xarici ölkələr üzrə isə 19,1% bahalaşma müşahidə olunub.
Sentyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1% yüksəlib.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,0% ucuzlaşıb.
Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.