Azərbaycanda nəqliyyat sektorunda ucuzlaşma olub

Azərbaycanda nəqliyyat sektorunda ucuzlaşma olub Hava nəqliyyatında sərnişindaşıma tariflərində isə bahalaşma qeydə alınıb
İnfrastruktur
9 Sentyabr , 2014 13:30
Azərbaycanda nəqliyyat sektorunda ucuzlaşma olub
Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2%, sərnişindaşıma tarifləri isə 0,9% ucuzlaşıb.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,2% bahalaşma, digər xarici ölkələr üzrə isə 11,8% ucuzlaşma müşahidə olunub.

Avqust ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,9% ucuzlaşmış, dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri isə 4,3% bahalaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə avqust ayında heç bir dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi