​Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı Əlaqələndirmə Şurasının iclası keçirilib

​Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı Əlaqələndirmə Şurasının iclası keçirilib İclasın nəticələri ilə bağlı yekun protokolu imzalanıb
İnfrastruktur
15 Avqust , 2014 13:31
​Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı Əlaqələndirmə Şurasının iclası keçirilib

Bakı. 15 avqust.REPORT.AZ/ Azərbaycan Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar ikitərəfli Əlaqələndirmə Şurasının 20-ci iclası keçirilib.

Nəqliyyat Nazirliyindən "Reporta" a verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin həmsədrliyi ilə keçirilən iclasda, bu ilin yanvar-iyul ayları ərzində layihə üzrə görülmüş işlərə dair hesabatlar dinlənilib, layihə çərçivəsində imzalanmış müqavilələrə düzəlişlərin edilməsi, Marabda-Axalkalaki dəmir yolu sahəsində aparılan bərpa-yenidənqurma işləri zamanı tikinti yüklərinin daşınması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu ilə sərnişin daşımalarının təşkili və s. məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, iclasın nəticələri ilə bağlı yekun protokolu imzalanıb.

Son xəbərlər

Orphus sistemi