Azərbaycan İranda bərpa olunan enerji mənbələri üzrə layihələrdə iştirak etməyə maraq göstərir

Azərbaycan İranda bərpa olunan enerji mənbələri üzrə layihələrdə iştirak etməyə maraq göstərir İran 2018-ci ildə alternativ enerji mənbələrindən 5000 mVt elektrik enerjisi istehsal etmək niyyətindədir
İnfrastruktur
26 Sentyabr , 2014 14:31
Azərbaycan İranda bərpa olunan enerji mənbələri üzrə layihələrdə iştirak etməyə maraq göstərir

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan İranda bərpa olunan enerji mənbələri üzrə layihələrdə iştirak etməyə maraq göstərir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti əməkdaşlıq imkanlarını tədqiq etmək üçün İrana gedəcək. 

Azərbaycan şirkətləri artıq İranda Xəzər dənizinin sahilində kiçik SES-in quraşdırılma imkanlarının tədqiqində iştirak edib. 

Qeyd edək ki, İran 2018-ci ildə alternativ enerji mənbələrindən istifadə etməklə 5000 MVt elektrik enerjisi istehsal etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi