“Report”xəbər verir ki, dəyişikliklər barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinin ara məsafəsi müəyyənləşdirilib.
Belə ki, dəyişiklikdən sonra barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinin ara məsafəsi yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi qəbul olunacaq.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Dəyişiklik kənd ərazilərində tikilən evlərə aid edilmir.