"AzPatent" üçün yeni bina tikiləcək

"AzPatent" üçün yeni bina tikiləcək İnzibati bina tikintisi mәqsәdilә konsepsiya vә dizayn işlәri ilә bağlı müsabiqә elan olunub
İnfrastruktur
31 Avqust , 2015 13:06
AzPatent üçün yeni bina tikiləcək

Bakı. 31 avqust. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin Sәnaye Mülkiyyәti Obyektlәrinin Ekspertizası Mәrkәzi (AzPatent) inzibati bina tikintisi mәqsәdilә konsepsiya vә dizayn işlәri ilә bağlı müsabiqә elan edib.

Komitədən "Report"a daxil olan xəbərə görə, Dövlәt Komitәsinin Sәnaye Mülkiyyәti Obyektlәrinin Ekspertizası Mәrkәzi (AzPatent) üçün inzibati binanın tikilmәsi planlaşdırılır. Binanın dizayn layihəsi intellektual fəaliyyət sahəsini özündə əks etdirən elementlərlə əhatə olunmalıdır.

Daha ətraflı məlumat almaq üçün (012) 594 37 75 nömrəli telefon və ya [email protected] ünvanlı elektron poçtla “AzPatent”in rәhbәrliyinә müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi