"Azəryolservis" yollarda kanalizasiya quyuları qoyur

"Azəryolservis" yollarda kanalizasiya quyuları qoyur Yollarda səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulur
İnfrastruktur
8 Oktyabr , 2015 15:18
Azəryolservis yollarda kanalizasiya quyuları qoyur

Bakı. 8 oktyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər aparılır. Bu məqsədlə Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Bakıxanov qəsəbəsinə gedən yolda səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qurulması işlərinə start verilib.

“Azəryolservis”in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yağış-kanalızasiya sisteminin qurulması üçün yolun kənarı 1,5-3,5 metr dərinlikdə qazılıb. Səth sularının normal axıdılması üçün 400 mm diametrlik borudan istifadə olunur, hər 25-30 metrdən bir kanalizasiya quyuları qoyulur. Bundan sonra qazılan ərazinin üstü bərkidilərək asfaltlanacaq və quyuların üzərinə yağış barmaqlıqları qoyulacaq.

Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi olmadığından həm yağış yağarkən, həm də yolun kənarlarındakı yaşıllıq suvarılarkən axıdılan su yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm nəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq həmin yolda yağış-kanalizasiya sisteminin qurulması işlərinə start verilib.

Son xəbərlər

Orphus sistemi