"Azəryolservis"in başçısı vətəndaşların qəbulunu keçirib

"Azəryolservis"in başçısı vətəndaşların qəbulunu keçirib Bakıda keçirilən qəbulda 30 nəfər iştirak edib
İnfrastruktur
31 Oktyabr , 2015 10:02
Azəryolservisin başçısı vətəndaşların qəbulunu keçirib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov Bakıda vətəndaşları qəbulu edib. Qəbulda “Azəryolservis” ASC-nin sədr müavinləri, aparat rəhbəri və müvafiq idarələrin rəisləri iştirak ediblər.

Cəmiyyətin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, qəbula yazılan 30-dan artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib. S.Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyəti struktur rəhbərlərinə göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, cədvələ əsasən, “Azəryolservis” ASC-də hər ayın son beşinci günü vətəndaşların qəbulu keçirilir.

Son xəbərlər

Orphus sistemi