"Azəryolservis": Əsas çətinlik dağlıq ərazilərdə müşahidə edilir

"Azəryolservis": Əsas çətinlik dağlıq ərazilərdə müşahidə edilir Qurumun Yol İstismar İdarələri problemlərin həllinə çalışır
İnfrastruktur
26 Yanvar , 2016 10:28
Azəryolservis: Əsas çətinlik dağlıq ərazilərdə müşahidə edilir

Bakı. 26 yanvar. REPORT.AZ/ Ötən gecədən Bakı şəhərində küçələrin buz örtüyündən təmizlənilməsi işləri aparılıb. Əsas üstünlük əsas prospektlər və magistral yollara verilib. Bunu "Report"a açıqlamasında "Azəryolservis" ACS-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Səhər saatlarından Bakı yollarında avtomobillərin sərbəst hərəkətini müşahidə etdiyini deyən A.Nəcəfli qeyd edib ki, paytaxtda əsasən Xocasən yolu, Bakı dairəvi yolu, Heydər Əliyev Hava Limanı yolu, Nobel prospekti, həmçinin magistral yollar, eləcə də Bakı-Sumqayıt şosesində problem yoxdur.

"Müşahidələrimizə görə, əsas çətinliyi qışa hazırlıq görməyən nəqliyyat vasitələri çəkir. Balansımızda olan bütün yollara nəzarət edirik. Ola bilər ki, ara küçələrdə yollar buz bağlasın, amma onlara da qum-duz səpiləcək", - deyə A.Nəcəfli əlavə edib.

Şirkət rəsmisi bildirib ki, qarla əlaqədar əsasən rayonlarda müəyyən çətinliklər müşahidə edilir: "Dağlıq ərazilər, dağ kəndlərinə gedən yollarda çətinliklər var. Orada qarın yağması hələ də davam edir. Bununla belə, Yol İstismar İdarələri qarın təmzilənməsi, zəruri yerlərə duz-qum səpilməsi işlərini davam etdirir".

Son xəbərlər

Orphus sistemi