​"Azəryolservis"də payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı hazırlanıb

​"Azəryolservis"də payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı hazırlanıb Qurumda sutkalıq növbətçilik sistemi yaradılıb
İnfrastruktur
30 Sentyabr , 2015 13:15
​Azəryolservisdə payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı hazırlanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yolları və yol qurğularının normal istismarı, hərəkətin fasiləsizliyi və təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər planı hazırlanıb.

Qurumdan "Report"a verilən məlumata görə, tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yolları və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yolarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə “Azəryolservis”də sutkalıq növbətçilik yaradılıb.

Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədilə sabahdan etibarən (012) 599-79-75 nömrəli “Qaynar xətt” fəaliyyətə başlayır. “Qaynar xətt” 24 saat ərzində zəngləri qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi