"Azərsu" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Azərsu" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək Şirkətdə artıq növbətçilik rejimi tətbiq edilib
İnfrastruktur
5 İyul , 2016 16:11
Azərsu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bakı. 5 iyul. REPORT.AZ/ “Azərsu” ASC Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Bunu “Report”a açıqlamasında “Azərsu”nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, ASC-də növbətçilik rejimi tətbiq edilib: “Bayram günlərində ASC-nin sədr müavinləri, departament müdirləri və şöbə rəisləri səviyyəsində 24 saat iş rejimi olacaq. Heç bir planlı fasilə olmayacaq". 

"Eyni zamanda növbətçilik baş idarəsi, rayon su kanal idarələri, qəza briqadamız və zəng mərkəzimiz 24 saat əhalinin xidmətində olacaq. Su ilə bağlı hər hansı bir problem olduğu halda əhalidən “Azərsu”ya məlumat vermələri xahiş olunur”, - deyə A.Cəbrayıllı qeyd edib.

Son xəbərlər

Orphus sistemi