“Azərsu” ASC tələbələr üçün “Yay məktəbi” təşkil edir

“Azərsu” ASC tələbələr üçün “Yay məktəbi” təşkil edir Proqramda BDU və AMİU-nun 25 tələbəsi iştirak edir
İnfrastruktur
22 İyul , 2015 19:36
“Azərsu” ASC tələbələr üçün “Yay məktəbi” təşkil edir

Bakı. 22 iyul. REPORT.AZ/ “Azərsu” ASC ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində ənənəvi olaraq yay aylarında “Yay məktəbi proqramı” təşkil olunur.

“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, “Yay Məktəbi Proqramı” su təsərrüfatının müxtəlif sahələri üzrə tələbələrin nəzəri və praktiki biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, Səhmdar Cəmiyyətin kadr ehtiyatının formalaşdırılması, “Azərsu” ASC üçün əhəmiyyət kəsb edən ixtisaslar üzrə təhsilin stimullaşdırılması məqsədilə həyata keçirilir.

İki ay davam edəcək proqramda Bakı Dövlət Universitetinin hidrologiya mühəndisliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisası üzrə təhsil alan 25 tələbəsi iştirak edir.

Proqram müddətində tələbələr “Azərsu” ASC-nin müəssisə və təşkilatlarında istehsalat prosesləri ilə əyani tanış olmaq imkanı qazanacaqlar. Səhmdar Cəmiyyətin mütəxəssislərinin iştirakı ilə tələbələrin "Oğuz-Qəbələ-Bakı" Su Kəməri İdarəsi, "Ceyranbatan Su Kəmərləri" İdarəsi, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu, Hövsan Aerasiya Stansiyası, Mərkəzi Laboratoriya və digər müəssisələrə səfərləri təşkil olunacaq. Səfər müddətində tələbələr bu müəssisələrdə içməli suyun qəbulu, təmizlənməsi, nəqli, çirkab sutəmizləyici qurğuların istismarı, içməli və tullantı suların fiziki-kimyəvi analizlərinin aparılması prosesləri ilə əyani tanış olmaq imkanı qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi