"Azərsu" açıq tender elan edib

"Azərsu" açıq tender elan edib Tender təklifləri iyunun 9-da açılacaq
İnfrastruktur
26 Aprel , 2016 09:56
Azərsu açıq tender elan edib

Bakı. 26 aprel. REPORT.AZ/ “Azərsu” ASC polietilen, polipropilen boruların və fitinqlərin satın alınması üzrə açıq tender elan edib. “Report” rəsmi KİV-ə istinadən xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyənlər 400 manat məbləğində iştirak haqqı ödəməlidir və bundan sonra əsas şərtlər toplusunu ala bilərlər.

İddiaçılar tender təklifini iyunun 8-dək təqdim etməlidir. Tender təklifləri isə iyunun 9-da saat 16:00-da “Azərsu”nun binasında açılacaq. 

Son xəbərlər

Orphus sistemi