“Azercell” endirimli rouminq tarifləri tətbiq edəcəyi ölkələrin siyahısını artırıb

“Azercell” endirimli rouminq tarifləri tətbiq edəcəyi ölkələrin siyahısını artırıb Abunəçilər rominq xidməti çərçivəsində vahid endirimli tariflə ünsiyyət saxlaya biləcəklər
İnfrastruktur
2 Avqust , 2016 11:59
“Azercell” endirimli rouminq tarifləri tətbiq edəcəyi ölkələrin siyahısını artırıb

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan mobil rabitə bazarının lideri “Azercell Telecom” yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün sərfəli rominq qiymətlərini təklif edir. 

Şirkətdən “Report”a bildirib ki, “Azercell” abunəçilərinin rominq xidməti çərçivəsində vahid endirimli tariflə ünsiyyət saxlaya biləcəyi ölkələrin siyahısını artıb:

Ölkə Daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı Bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı Mobil İnternet xidmətinin hər bir MB görə xidmət haqqı Göndərilən hər bir SMS-ə görə xidmət haqqı
Gürcüstan 0.32 0.80 0.55 0.10
Türkiyə 0.32 1.00 0.55 0.15
Estoniya 0.32 1.50 3.50 0.20
Finlandiya 0.32 1.50 3.50 0.20
Yunanıstan 0.32 1.50 3.50 0.20
Cersi adası 0.32 1.50 3.50 0.20
Latviya 0.32 1.50 3.50 0.20
Litva 0.32 1.50 3.50 0.20
Polşa 0.32 1.50 3.50 0.20
Rumıniya 0.32 1.50 3.50 0.20
Avstriya 0.32 1.50 3.50 0.20
Belarus 0.32 1.50 3.50 0.20
Bolqarıstan 0.32 1.50 3.50 0.20
Xorvatiya 0.32 1.50 3.50 0.20
Çexiya 0.32 1.50 3.50 0.20
Fransa 0.32 1.50 3.50 0.20
Almaniya 0.32 1.50 3.50 0.20
Macarıstan 0.32 1.50 3.50 0.20
Portuqaliya 0.32 1.50 3.50 0.20
İspaniya 0.32 1.50 3.50 0.20

Qeyd edək ki, rominqdə olan “Azercell” Fakturalı və Fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Eyni zamanda “Azercell” fakturalı xətt abunəçilərinə rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da, bütün “Azercell” abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bilərlər. “SimSim” abunəçilərinə rominq xidmətini aktiv etmək üçün mobil telefondan *135*1#YES kodunu yığmaq, Fakturalı xətt abunəçilərinə isə 8808-ə “START” sözünü yazıb göndərmək kifayət edir.

Son xəbərlər

Orphus sistemi