​Azərbaycanla Serbiya arasında vizasız gediş-gəliş açıla bilər

​Azərbaycanla Serbiya arasında vizasız gediş-gəliş açıla bilər Həmçinin Belqrad-Bakı marşrutu ilə birbaşa aviareysin açılması təklif olunur
İnfrastruktur
28 Sentyabr , 2015 13:38
​Azərbaycanla Serbiya arasında vizasız gediş-gəliş açıla bilər

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan və Serbiya arasında əldə olunan razılıqlara əsasən, iki ölkə arasında vizasız gediş-gəlişin təşkili mümkündür. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Serbiyanın ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç bildirib.

Bu gün Bakıda keçirilən Azərbaycan-Serbiya Hökumətlərarası iqtisadi əməkdaşlıq Komissiyasının növbəti iclasında bir sıra razılaşmalar əldə olunub, həmçinin Serbiya tərəfindən bir sıra təkliflər irəli sürülüb.

R.Lyayiç bildirib ki, əsas təkliflər iki ölkə arasında biznes tərəfdaşlığının qurulması, Azərbaycan və Serbiya arasında viza rejiminin ləğvi, Belqrad-Bakı birbaşa aviareysinin açılması və infrastrukturun yaxşılaşdırılması, gediş-gəlişin asanlaşdırılması üçün bir sıra vacib məsələlərlə bağlı olub.

Son xəbərlər

Orphus sistemi